Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı - RTV

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşəbbüsü ilə Bakının mərkəzi piyada zonalarının təhlükəsizliyi təmin olunur. Bu məqsədlə ödənişsiz marşrutlar fəaliyyətə başlayıb.

Yeni tətbiq edilən marşrutlar vasitəsilə şəhərin mərkəzi piyada zonaları, ictimai yerlər, istirahət mərkəzləri və parklanma məntəqələrinə əlçatanlıq təmin ediləcək.

Yeni marşrut xətləri üzrə hərəkət edən avtobuslar 7-10 dəqiqə intervalla fəaliyyət göstərəcək. Bu xidmət şənbə, bazar və bayram günləri saat 12:00-dan 00:00-dək davam edəcək.

C1 nömrəli mikroavtobus Xəqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirəcək.