Gəncədə minik avtomobili ilə sərnişin avtobusunun toqquşması baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Prospektdə hərəkətdə olan "BakuBus"a məxsus 1 nömrəli xətt üzrə işləyən sərnişin avtobusu ilə "Chevrolet" markalı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.