Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 30-34 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.
Şərq rayonlarında arabir güclənən külək əsəcək. Havanın temperaturu gecə 23-28 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq. Dağlarda gecə 13-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq. Bəzi yerlərdə 32 dərəcəyə qədər yüksələcək.