Bazar günü imtahan verəcək abituriyentlərin nəzərinə - RTV

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Mayın 24-ü (Bazar günü) ikinci və üçüncü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahan saat 10:00-da başlayacaq. İmtahanın başlamasına 15 dəqiqə qalmış, yəni saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bu vaxtdan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.