Bazarda ATIŞMA: 15 yaşlı azərbaycanlı TUTULDU - RTV

Almaniyanın şimal dənizində yerləşən Vesterland şəhərində bazar günü səhər saatlarında baş verən atışmada şübhəli bilinən 23 yaşlı Türkiyə və 15 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Hadisə Vesterland şəhərindəki bazarda baş verib. Atışma səsləri eşidildikdən sonra polis hadisə yerinə çoxlu sayda əməkdaş cəlb edib.

Atəş açan 23 yaşlı Türkiyə vətəndaşı saxlanılıb. Bir müddət sonra isə onun 15 yaşlı azərbaycanlı şərik də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hazırda hadisənin nəticələri barədə məlumat verilmir.