BDU-nun müəlliminin evindən 1.6 milyon manat OĞURLANDI

Bakıda BDU-nun müəlliminin evindən 1.6 milyon manat dəyərində oğurluq hadisəsi baş verib.

Oğurluqda təqsirləndirilən şəxs qismində Məmişov Teymur və onun əkiz qardaşı Məmişov Teymurun, eləcə də onların dayısı oğlu Rzayev Vüsalın məhkəmə prosesi başa çatıb.

RTV Rekord xəbər verir ki, zərər çəkmiş şəxs qismində Teymurla Seymurun doğma xalası Gülnarə Rzayeva tanınıb.

Məlumatlara görə, pulları oğurlanan qadın Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir.

Hadisəyə gəlincə, cinayətkar qruplaşma oğurluq etməyə gedərkən "Wolt" çatdırılma şirkətinin kuryeri üçün nəzərdə tutulmuş geyimlərdən istifadə edib.

Evə daxil olan qruplaşma üzvləri özləri ilə gətirdiyi alətlə dəmir seyfi kəsərək saxlanclar yerində olan 821 min dolları və 205 min manatı oğurlayaraq ümumilikdə 1.6 milyon manat ziyan vurublar.

Bundan başqa, oğurlananlar arasında dəyəri 7 min 100 manat olan qızıl imza döş nişanı və qızıl sitə də olub.

Maraqlıdır ki, xalasının evindən oğurluq edən şəxslər mənzilə tələsik tərk edərkən Gülnarə Rzayevəyə kağaza yazıb mesaj buraxıblar: "Polisə xəbər vermə, kimin adamı olduğunu sosial şəbəkələrdə paylaşacam".

Məhkəmənin hökmünə əsasən, külli miqdarda oğurluqda təqsirləndirilən qohumların hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.