Bu gün və sabah ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti müşahidə olunacaq. Bəzi yerlərdə temperaturun 41 dərəcəyə qalxacağı gözlənilir.
Belə hava şəraitində xüsusilə həftə sonları vətəndaşlar istirahət üçün su hövzələrinə kütləvi şəkildə üz tuturlar. Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb ola bilər.
Fövqəladə Hallar Nazirliyi bir daha istirahət və sərinlənmək məqsədilə o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimməyə, həblə çimmə zonası xaricində ərazilərdə qadağan olunmuş ərazilərdə çimməyə icazə verilmədiyini bildirib.
Unutmaq lazım deyil ki, qızmar günəş altında fasiləsiz dayanmaq və hava qızardıqdan sonra suya daxil olmaq təhlükəlidir. Çimməliklərdə uşaqlar nəzarətsiz qalmamalıdır.
Xəbərdaredici nişan və lövlələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir.