Bələdiyyə sədri yarım milyondan çox YEYİNTİ EDİB - RTV

Xırdalan Bələdiyyəsinin sabiq sədri Orxan Elxan oğlu Musayevə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yarım milyondan çox mənimsəmədə ittiham irəli sürülüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Orxan Musayev 2020-2023-cü illərdə Xırdalan Bələdiyyəsinə məxsus 1.92 hektar torpaq sahəsini 75 şəxsə qanunvericiliklə müəyyən edilmiş qiymətdən ucuz qiymətə satmaqla 600 min manatdan artıq ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, ibtidai istintaq zamanı cinayət işi üzrə toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə edərək etibar etdiyi külli miqdarda bələdiyyə əmlakını mənimsəmə və israf etmə yolu ilə tələm-tələsik, habelə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətməsinə dair qanunsuz əməlləri ifşa olunub.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.