Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.
Hadisə Borçalı-Hindər qəza avtomobil yolunun Bərdə rayonunun Soğanverdilər kəndləri arasından keçən hissəsində qeydə alınıb.
İlk məlumata görə, hərəkətdə olan "Toyota Prius" markalı minik avtomobili idarə etməkdən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobildə sərnişin qismində olan Ağdam rayon sakini, hərbçi Orxan Əliyev hadisə yerində həyatını itirib.
Məlumatda qeyd olunur ki, hadisə zamanı daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralananlar təcili tibbi briqadalarının köməyi ilə Bərdə diaqnostika mərkəzinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.