"Bıçaqlamışdılar, bütün yer qanın içində idi" - Nizamidəki DƏHŞƏTLİ qətlin təfərrüatı - RTV

Bakıda qətl hadisəsi baş verib. Hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb. İlkin məlumatlara görə, 4 dost yeyib-içdikdən sonra mübahisə ediblər. Mübahisə zamanı Kamran Əhmədovla Emil Əmirbəyov bir-birlərini bıçaqlayıblar. Bıçaqlanma nəticəsində Emil Əmirbəyov hadisə yerində ölüb. Kamran Əhmədov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma davam edir.

Qonşuların bildirdiyinə görə, hadisə gecə saat 3-4 radələrində olub. Onlar hadisənin baş verdiyi mənzildə səs-küy eşitdiklərini və sonra bıçaqlanma xəbərini eşidəndə şok yaşadıqlarını bildiriblər. Qeyd olunur ki, hadisənin baş verdiyi yerdə qan izləri olub və yağış səbəbindən qan yuyulub.

Hadisənin baş verdiyi mənzil uzun müddətdir ki, boşdur və orada işıq yoxdur. Mənzildə dağıntılar və zibil yığını müşahidə olunur. Polis hadisə ilə bağlı araşdırma aparır.