Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.
Bildirilir ki, Biləsuvar şəhər sakini, 2003-cü il təvəllüdlü Rəhimli Kənan Ramil oğlu və 2006-cı il təvəllüdlü Şahbazov Tərlan Niyaməddin oğlu bıçaqlanıblar. Hər iki gənc Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Boğaz nahiyəsindən ağır bıçaq yarası alan Kənan Rəhimli dərhal rayon xəstəxanasında əməliyyata alınıb. İlkin məlumata görə, gənclərə bıçaq xəsarəti eyni şəxs tərəfindən vurulub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Əməli törətməkdə şübhəli bilinən rayonun Bağbanlar kənd sakini, 24 yaşlı Səyyad Qəmbərli polis əməkdaşları tərəfindən saxlanılıb.