Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.
Məlumata görə, ailənin 30, 11, 10 və 4 yaşlı üzvləri yaşadıqları evdə dəm qazından zəhərlənərək Azərbaycan Respublikası TƏBİB Qobustan Rayon Mərkəzinə yerləşdiriliblər.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicələri davam edir və vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.