Türkiyənin Adana şəhərində dəhşətli hadisə baş verib. Boşanmaq istəyən 40 yaşlı qadın, arvadını yatdığı yerdə güllələyərək öldürüb. Hadisə Adana şəhərinin, Kışla məhəlləsində gecə saat 1 radələrində qeydə alınıb.
Məlumata görə, 40 yaşlı Xatecə M. Qocamaz, ərindən boşanmaq qərarı verib. Boşanmaya qarşı çıxan ər, bütün cəhdlərinə baxmayaraq həyat yoldaşını fikrindən daşındıra bilməyib.
Bundan sonra Xatecə M. Qocamaz, yuxuda ikən, yastıqla üzünü örtərək başına tapançadan atəş açıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Əməli törədən şəxs hadisə yerindən qaçıb.
Aparılan texniki və tədqiqi tədbirlər nəticəsində həmin şəxs cinayətdən təxminən 30 dəqiqə sonra saxlanılıb və ifadəsi alınıb.