Bu binalar plana düşdü, söküləcək - RTV

Bakı şəhərində həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində daha bir ərazidə söküntü işlərinə start verilib.

RTV-nin məlumatına görə, paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində istismar müddətini başa vurmuş və plana düşmüş binaların sökülməsi nəzərdə tutulub. Bildirilir ki, həmin iki mərtəbəli evlərin yerində çoxmərtəbəli binalardan ibarət yeni yaşayış massivi salınacaq.

Hazırda layihəni icra edəcək tikinti şirkətləri ilə yerli sakinlər arasında kompensasiya və köçürülmə şərtlərinə dair danışıqlar aparılır. Söküntü işlərinin qəsəbənin infrastrukturunun yenilənməsi məqsədi ilə həyata keçirildiyi qeyd olunub.