Kissei Pharmaceutical şirkəti, vaskulitin müalicəsində istifadə olunan Tavneos preparatını qəbul edən 20 pasiyentin ölümünün qeydə alındığını açıqlayıb. Şirkət bildirib ki, bütün hallarda ölümün birbaşa dərmanla əlaqəli olduğu hələ tam sübuta yetirilməyib.
Bununla yanaşı, preparatın istifadəsi zamanı ağır qaraciyər zəhərlənməsi hallarının aşkarlandığı qeyd olunub. Bu səbəbdən Kissei Pharmaceutical şirkəti tibb müəssisələrinə yeni pasiyentlər üçün Tavneosun təyin edilməsindən çəkinməyi tövsiyə edib.
Hazırda preparatdan istifadə edən xəstələrə isə qaraciyər zədələnməsi riskinin ətraflı izah olunması və alternativ müalicə üsullarının nəzərdə keçirilməsi məsləhət görülüb. Məlumat RTV tərəfindən yayılıb.