Bu gün çimərliklərdə gözlənilən hava açıqlandı - RTV

Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 3-də mülayim cənub küləyi əsəcək. Şimal çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə, cənub çimərliklərində isə 24-25 dərəcə isti olacaq.