Bu gün suyun temperaturu necə olacaq? - RTV

Azərbaycanın çimərliklərində gözlənilən hava şəraitinə əsasən, bu gün, iyulun 22-də dəniz suyunun temperaturu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə olacaq. Cənub çimərliklərində isə bu göstərici 25-26 dərəcə təşkil edəcək.