Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar Bakının bəzi məktəblərində dərslər müvəqqəti olaraq onlayn keçiriləcək. Qeyd edək ki, forumun 13-cü sessiyası 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək.
Bakı Şəhər Təhsil İdarəsinin məlumatına görə, mayın 18-dən 22-dək Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, digər rayonlarda yerləşən məktəblərin 5-11-ci sinif şagirdləri distant təhsil alacaqlar.
Dərslər "Rəqəmsal məktəb" və "Teams" platformaları üzərindən təşkil olunacaq. Müəllimlər dərs cədvəllərini sistemə yerləşdirəcək, şagirdlər isə paylaşılmış linklər vasitəsilə onlayn dərslərə qoşulacaqlar.