Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının tədbir məkanı olan Bakı Olimpiya Stadionuna rahat və fasiləsiz gediş-gəlişi təmin etmək məqsədilə Koroğlu Nəqliyyat Qovşağı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Mayın 14-ü saat 06:00-dan etibarən WUF 13 tədbiri ilə əlaqədar xüsusi K1 servis avtobusu həftənin yeddi günü, 24 saat olmaqla Koroğlu Nəqliyyat Qovşağı ilə Bakı Olimpiya Stadionu arasında sərnişin daşımalarını həyata keçirəcək.
Qeyd edək ki, WUF 13 tədbiri mayın 17-dən 22-dək davam edəcək.