Su obyektlərinin dövlət monitorinqini apara biləcək qurumlar müəyyənləşib. Nazirlər Kabineti bu qərarı ilə ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarına əsasnaməyə dəyişiklik edib.
Qərara əsasən, su obyektlərinin dövlət monitorinqini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirəcək. Balıqçılıq təsərrüfatının monitorinqi isə aidiyyəti dövlət orqanları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılacaq.