Bu qaydanı pozanlar 300 manat ödəyəcək - RTV

Yüksək mərtəbəli binalardan, müxtəlif tullantıların və çirkabın atılması təkcə ətraf mühiti çirkləndirmir, həm də insanların təhlükəsizliyi üçün ciddi risk yaradır.

İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının müəyyən olunmuş konteyner və ya qablardan kənara atılması fiziki şəxslər tərəfindən 300 manat, hüquqi şəxslər tərəfindən isə 1000 manat məbləğində cərimə olunur.

Bu qaydalar şəhərlərin sanitar vəziyyətinin qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması və vətəndaşlarda ekoloji məsuliyyətin formalaşdırılması məqsədi daşıyır.