Mütəxəssislər yüksək dərəcədə emal olunmuş, şəkər, duz və doymuş yağlarla zəngin qidaların mütəmadi istehlakının gənclərdə xərçəng riskini artırdığını bildirirlər. Son illərdə 30 yaşdan etibarən xərçəng hallarının artması həkimləri narahat edir.
Həkimlərin sözlərinə görə, lif baxımından kasıb qidalanma bağırsaq mikroflorasına təsir edərək ilkin yaşda kolorektal xərçəng riskini yüksəldə bilər. Tort, peçenye, çips, qazlı içkilər, fast-food və digər hazır məhsulların gündəlik qidalanmada minimum səviyyədə olması tövsiyə olunur.
Bununla yanaşı, mütəxəssislər balanslaşdırılmış və liflə zəngin qidalanmanın bağırsaq sağlamlığını qorumağa və bəzi xərçəng növlərinin riskini azaltmağa kömək etdiyini vurğulayırlar.