Aprelin 27-dən etibarən geomagnit aktivliyi artacaq. Mütəxəssislər maqnit qasırğasının ən azı üç gün, aprelin 27-dən 29-adək davam edəcəyini və müəyyən nöqtələrdə şiddətli səviyyələrə çatacağını bildiriblər.
Bu barədə Amerika Birləşmiş Ştatları Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozu Mərkəzi məlumat yayıb. Aprelin 27-də geomagnit aktivliyi qırmızı səviyyəyə çata bilər. Bu hal həm hava şəraitinə həssas insanlara, həm də rabitə sistemlərinə təsir göstərə bilər.
27 və 28 apreldə orta aktivlik qeydə alınacaq. Bu, sarı təhlükə səviyyəsidir. Həmin günlərdə əhval-ruhiyyənin bir qədər pisləşməsi, yuxu pozğunluqları və əsəbilik mümkündür.
Aprelin 29-da günəş qasırğasının zirvəsi olacaq. Güclü maqnit qasırğası müşahidə olunacaq. Bu gün hətta sağlam insanlarda belə apatiya, baş ağrıları və performans azalması müşahidə oluna bilər.
30 apreldə intensivlik beş bal səviyyəsində qalacaq və orqanizm pik həddən sonra da stress altında olacaq. Mayın 1-i isə günəş aktivliyi azalmağa başlayacaq və gün ərzində dörd bal gücündə olacağı qeyd edilib. Sağlamlıq yaxşılaşmağa başlayacaq, lakin bəzi problemlər hələ də yarana bilər.