Ukraynadan Azərbaycana idxal olunan 4.9 ton dondurulmuş toyuq məhsulunda uyğunsuzluq aşkar edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Agentlikdən verilən məlumata görə, laborator müayinələr nəticəsində məhsulda salmonella bakteriyası aşkar olunub. Aşkar edilmiş uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb.
Bildirilir ki, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılması ilə bağlı müraciət ünvanlanıb.