Bu yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək - RTV

Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.

Bu, parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan inzibati xətalar məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

Qeyd edək ki, tütün və tütün məmulatı haqqında qanuna edilən dəyişikliyə əsasən aprelin 1-dən elektron siqaretlərin, volların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, toptan və pərakəndə satışı və istifadəsi qadağan edilir. Bu qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minir.

MƏQALƏ: Qadağan edilmiş yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. Aprelin 1-dən elektron siqaretlərin istifadəsinə görə 30 manat cərimə tətbiq olunacaq.