Bulvarda gənc qıza qarşı əxlaqsızlıq edən şəxs SAXLANILDI - RTV

Bakı Dənizkənarı Bulvar ərazisində gənc qız zorakılığa məruz qalıb. Bu barədə sosial şəbəkələrdə video müraciət yayılıb. RTV.az-ın məlumatına görə, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.

Müraciəti paylaşan xanım bildirib ki, mayın 22-si saat 14:25-də şəhərin mərkəzində, Yeni Bulvarda, "Dəniz Mall"ın yanında video çəkən zaman naməlum şəxs ona qarşı hücum edib. Şahid ifadəsinə görə, həmin gün iş günü və iş saatı olduğu üçün bulvarda adam az olub. Qızın sözlərinə görə, o, videoda göründüyü geyimdə olub və video çəkdikdən sonra telefonuna baxmaq üçün yaxınlaşarkən arxadan həmin şəxs tərəfindən qeyri-etik və əxlaqsız hərəkətə məruz qalıb, yanından vurulub. Hücum edən şəxs ona qarşı təhqiredici ifadələr işlədib.

"Mən sənin..."

Qız həmin an şok keçirdiyini, sonra kişinin tərəfinə döndüyünü bildirib. Adrenalin altında telefonunun üzərində olduğu ştativi götürərək kişini döyməyə başlayıb. Ştativin ağır, içində daş olduğu qeyd edilib. Bir neçə zərbədən sonra kişi sakitləşib. Qız arxaya keçən anda kişi ona yumruqla çənəsindən vurub. Qızın aqressiyası yenidən artaraq ştativi götürüb kişini döyməyə davam etdiyi bildirilir.

<