Bütün evlərdə var, artıq ləğv olunacaq: Mənzil sahiblərinin DİQQƏTİNƏ - RTV

Azərbaycanda mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. Nazirlər Kabinetinin qərarına əsasən, binaların layihələndirilməsində artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sistemlərinə icazə veriləcək.

Bu qərarın texniki təhlükəsizlik baxımından əhəmiyyəti böyükdür. Mütəxəssislər qeyd edirlər ki, 12-16 mərtəbəli binalarda hər mənzildə qaz cihazının olması yanğın və partlayış riskini artırır. Mərkəzi sistemlərdə isə bu risklər daha azdır, çünki qaz paylayıcı xətlər binanın altında və ya yanında yerləşir və bu da qaz sızmalarına qarşı təhlükəsizliyi təmin edir.

Mərkəzi istilik sisteminin üstünlükləri də nəzərə alınır. Belə ki, mərkəzi sistem olan binalarda qaz təchizatı daha etibarlıdır və qaz sızmalarına qarşı təhlükəsizlik tədbirləri daha yüksək səviyyədədir. Bu qərarla, həm fərdi istilik sistemlərinin quraşdırılmasında, həm də onların istismarında təhlükəsizlik standartlarına əməl olunması təmin ediləcək.