Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin 5 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Toyota Prado" markalı minik avtomobili aşıb və nəticədə 5 nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Tibb işçilərinin bildirdiyinə görə, hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Ambulator müalicə üçün evə buraxılan 3 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Qalan bir nəfərin isə vəziyyəti orta ağır qiymətləndirilir və o, daha ətraflı müayinə və müalicə üçün özəl tibb müəssisəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.