Cəlilababd rayonunun Cəfərxanlı kəndi ərazisində Paşatəpə qədim yaşayış məskənində arxeoloji qazıntılar davam edir.
Qazıntılar zamanı tapılmış 2 kiloqrama yaxın daş kürə və digər unikal nümunələr böyük Britaniyanın "Heritage Daily" nəşrində də işıqlandırılıb.
Paşatəpənin qədim neolit dövrünə aid sənətkarlıq məhəlləsi olduğunu təsdiqləyən yeni faktlar üzə çıxarıb.
Arxeoloqların sözlərinə görə, ərazidə təxminən 5 metr dərinliyədək qazıntılar aparılıb.
Müxtəlif təbəqələrdən qədim insanların həyat tərzini əks etdirən çoxsaylı arxeoloji nümunələr aşkar edilib.
Ən diqqət çəkən tapıntılardan biri isə əkinçilikdə istifadə olunduğu ehtimal edilən maral buynuzudur.
Arxeoloqlar qazıntılar zamanı aşkar olunan bütün tapıntıların elmi şəkildə tədqiq ediləcəyini və onların qədim insanların yaşayışı, təsərrüfatı və sənətkarlıq fəaliyyəti barədə daha ətraflı məlumat verəcəyi gözlənilir.