Cəlilabadda qaynar su 1 yaşlı uşağı yandırdı - RTV

Cəlilabad rayonunda bir yaşlı uşaq yanıq xəsarətləri alıb. Hadisə rayonun Alar kəndində qeydə alınıb.

Kənd sakini, 2025-ci il təvəllüdlü Əli İzzətoğlu Quluzadənin üzərinə yaşadığı evdə isti su tökülüb. Nəticədə uşaq yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda Quluzadənin vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.