Çimərlikdə bunu etdiklərinə görə saxlanıldılar - RTV

Sabayıl rayonunda yerləşən çimərliklərdə bir sıra oğurluq hadisələri baş verib. Zərərçəkənlər polisə müraciət edərək, içərisində mobil telefon, zinət əşyaları, nağd pul və digər şəxsi əşyalarının olduğu çantasının naməlum şəraitdə talandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Şirinli Leyla və Şahverdi Yəhya müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla onların zərərçəkənlərin çimərlikdəki çantalarının oğurlanması yolu ilə ələ keçirdikləri məlum olub. Faktla bağlı araşdırma davam etdirilir.