Xəzərin sahilində meyit tapıldığı barədə məlumat verilib. Hadisə Xəzər rayonunun Şüvalan qəsəbəliyində qeydə alınıb.
İlkin məlumata görə, tapılan meyitin üzərində zorakılıq əlamətləri görünmür. Meyitin 35-45 yaş arası kişiyə aid olduğu ehtimal edilir.
Faktla bağlı araşdırmalar Xəzər Rayon Prokurorluğu tərəfindən aparılır.