DJ Çina ləqəbi ilə tanınan radio aparıcısı Çingiz Mustafayevə yüksək vəzifə verilib. O, Space FM-ə direktor təyin olunub.
Çingiz Mustafayev bu təyinat barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Sərxan Qədimov Space FM-in direktoru vəzifəsindən azad edilmişdi.