Salyan rayonunda 25 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb. Hadisə rayonun Girdəçalaq kəndi ərazisində baş verib. Kənd sakininin verdiyi məlumata görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.
Hadislə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində axtarış və axtarış tədbirləri davam etdirilir.