Culfada hərbçi faciəli şəkildə öldü - RTV

Culfa rayonunda bədbəxt hadisə nəticəsində hərbçi Səməndər Tağıyev vəfat edib. Hadisə rayonun özündə baş verib. 37 yaşlı Səməndər Tağıyev yaşadığı evdə dəmdən boğularaq həlak olub. Onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb. Səməndər Tağıyevin hərbçi olduğu qeyd edilib. Mərhumun iki azyaşlı qızı var.