Qara dənizdə mülki ticarət gəmilərinə qarşı hücumlar davam edir. "BABYLON" adlı quru yük gəmisi Rusiyanın Anapa şəhəri yaxınlığında pilotuzsuq uçuş aparatı (PUA) hücumuna məruz qalıb.
Hücum nəticəsində gəmi zədəlensə də, ekipaj üzvlərinin təhlükəsizliyi təmin edilib. İlkin məlumatlara əsasən, ekipaj üzvləri arasında ölən və ya ağır yaralanan olmayıb.
Hadisənin hansı tərəfin hücumu nəticəsində baş verdiyi barədə rəsmi açıqlama verilməyib.
Son günlər Qara dəniz və Azov dənizi akvatoriyasında Rusiya-Ukrayna müharibəsi fonunda mülki yük gəmilərinə qarşı PUA hücumlarının sayı artıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Adygeya Respublikasının sahili yaxınlığında "Atlas B" yük gəmisi də dron hücumlarına məruz qalmışdı. Həmin gəmidə 11 azərbaycanlı dənizçi olub. Hücum nəticəsində gəminin kapitanı, azərbaycanlı Səməd Nəsrullayev həlak olmuş, digər ekipaj üzvləri isə təhlükəsiz şəkildə təxliyə edilmişdilər.