Daha bir yeniyetmə dənizdə batdı - RTV

Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və axtarış-xilasetmə dövlət xidmətinin dalğıc xilasediciləri cəlb olunaraq axtarışlara başlayıblar.

Hazırda Vüsal Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.

Qeyd edək ki, dünən Mərdəkanda gənc bacı-qardaş dənizdə boğularaq ölüb. Onlardan birinin meyidi sudan çıxarımsa da, digərinin axtarışı davam etdirilir.