RTV kanalında yayımlanan videoda 20 Yanvar faciəsinin qurbanı, 13 yaşlı Larisanın anası Qalina xanım o gecə baş verənləri danışıb.
Qalina xanım bildirib ki, 1990-cı il yanvarın 20-də Bakıya qan yağışı yağırdı. Həmin gecə Larisa atası ilə birlikdə evdən çıxıb və bir daha geri qayıda bilməyib.
Qalina xanımın sözlərinə görə, Larisa həmin gün özünü narahat hiss edib və ürəyinin sıxıldığını deyib. Atası axşam saatlarında evə gələrək camaata kömək etmək üçün getmək istəyib. Larisa da atası ilə getmək istəsə də, atası əvvəlcə razı olmayıb, lakin sonra Larisa israr edərək atası ilə gedib.
Gecə yarısı Qalina xanım ruhunun gəldiyini və camaatdan kömək istədiyini görüb. Daha sonra Simaşkada işığın olmadığını və Bakının qan içində olduğunu eşidib. Qalina xanım xəstəxanaya gedərək yoldaşının yaralı olduğunu öyrənib, lakin qızından xəbər ala bilməyib.
Qalina xanım həmin anları belə xatırlayıb:
"Gəldik Simaşka, Simaşkanın göndərdi. İnanırsız ağlamaqdır, qan içindədir. Bir ayaqqabı ordadır. Nə bilim çox pisdir, çox pisdir. Mən də ikinci etaja qalxdım. Yaxınlaşdım Farman da ordaydıq, yaxınlaşdım deyirəm ay Farman, ay Farman bəs Larisa hardadır? Valla bilmirəm itirdim. Sonra qonşular getdilər axtarmağa. Getdilər axtarmağa Simaşkaya, sonra getdilər Murağa. Girdilər orda tapdılar. Doğrusu yox 38 uje nomerası tapdılar. İ göndərişlər evə. Mən də bilməmişəm. Oturdular məni maşına. Gəldim, evə gəldim. Gələn kimi görürəm camaatdır dolu. Sonra mən uje başa düşdüm nəsə var. Evə girdim görürəm Larisa da uzanıb. Deyirəm Larisa, Larisa səs yoxdur. Görürəm biraz üzü üzü bilmirəm şüşədəyib avtobusun şüşəsindəyib. Sonra araşdırdım şubanı görürəm qandır. Ürəyimdə külə dəyib ürəyimə dəyib. Ürəyinə dəyib. Sonra şubanı da şubanı da açdım görürəm şüşə ayaqqabı içindədir. Şüşə hər yerdə şüşədir. Çağırmışam, çağırmışam ki Larisa cavab vermir. Sonra yavaşca-yavaşca bilmirəm necə mənim Allah canı verib. Mənim uşağa dəydik, uşağa da orab sonra Şəhidlər Xiyabanına də getdik. Orda da basdırdım uşağı. Görürəm mən tək qaldım. Bir gün keçdi, iki..."
Larisa Şəhidlər Xiyabanında dəfn edilib.