Dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı - RTV

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında dənizdə batan 17 yaşlı qızın meyiti tapılıb. Hadisə iyulun 21-i saat 19:00 radələrində qeydə alınıb.

Qeyd olunur ki, 17 yaşlı Arzu Xalidovanın meyiti iyulun 22-si saat 12:00 radələrində sudan çıxarılıb.

Hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.