Bakı, 14 iyul, RTV. İyulun 6-da paytaxtın Xəzər rayonunun Şüvalan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin, iyulun 15-də Bakı şəhər Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə battığı ehtimal edilən 2004-cü il təvəllüdlü Elgün Qarayevin və iyulun 16-sı paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsi Daşgədik adlanan dənizdə nəzarətsiz ərazidə battığı ehtimal edilən 2003-cü il təvəllüdlü Rəhman Əmirəhmədovun axtarışları davam etdirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli və kiçik həcmli gəmilərə nəzarət və təhlükəsizlik idarələrinin qüvvələri tərəfindən vətəndaşların battığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq axtarış tədbirləri həyata keçirilir.