"Deputat olsaydım, məktəbin bufetini dəyişərdim" - RTV

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə RTV kanalı uşaqlarla maraqlı müsahibələr aparıb. Uşaqlara "Deputat olsaydınız, nəyi dəyişərdiniz?" sualı ünvanlanıb.

Müxbir Xanım Cavanşirzadənin suallarını cavablandıran uşaqlar səmimi və düşündürücü cavablar veriblər. Kiçik bir uşaq məktəbin yeməkxanasını dəyişmək istədiyini bildirib. O qeyd edib ki, yeməklər dadlı deyil və "bir manatlıq kabab-çörək verirlər".

Ömər adlı uşaq isə deputat olsa, uşaqları avtobuslara mindirməyin pulsuz olmasını təmin edəcəyini deyib. Digər bir qız uşağı deputat olsa, bayram edəcəyini söyləyib və telefonunun ekranındakı şahzadə şə