DİN: İtkin düşən 9 nəfər tapıldı - RTV

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 9-u və 10-u tarixlərində polis əməkdaşları tərəfindən bir sıra əməliyyatlar həyata keçirilib.

Həmin tarixlərdə itkin düşən 9 nəfər tapılaraq ailələrinə təhvil verilib. Bundan başqa, ölkə ərazisində 91 yeni cinayət faktı qeydə alınıb. Əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması da təmin olunub.

Axtarışda olan 67 nəfər saxlanılıb və aidiyyatı üzrə təhvil verilib. Onlardan 47 nəfəri borclu şəxs qismində axtarışda olub. Həmçinin narkotiklə bağlı 48 fakt aşkarlanıb. Qanunsuz silah-sursatla bağlı 7 hal müəyyən edilib.

Ümumilikdə, cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılaraq istintaqa cəlb olunub.