DİQQƏT: Xiyar bu şəxslərə müsbət təsir edir - RTV

Diyetoloq Yevgeniya Arzameyevanın sözlərinə görə, xiyar yaşlı insanlara müsbət təsir edir. O bildirib ki, xiyar həm qəbizlik, həm də oturaq həyat tərzi ilə əlaqəli bağırsaq problemlərinin qarşısını almağa kömək edir.

Arzameyeva qeyd edib ki, xiyar həzm sistemini stimullaşdıran əla lif mənbəyidir. O, həmçinin vurğulayıb ki, xiyar bədəni su ilə təmin edir və bu, yaşlı insanların kifayət qədər maye qəbul etməsi üçün vacibdir. Xiyar susuzluqla mübarizə aparmağa da kömək edir.