Sosial şəbəkələrdə "Dr. Gülü" kimi tanınan Gülbədə Abdullayevaın yeni əməliyyat görüntüləri yayılıb. Estetik əməliyyat zamanı otaqda olan digər şəxslər mahnı oxuyaraq, xəstənin başı üstündə rəqs ediblər. Görüntülərdə özünü klinikanın meneceri kimi təqdim edən Fatimə Mahmudova da yer alır. Yayılmış video ictimaiyyətin diqqətini çəkib.
Qeyd edək ki, Gülbədə Abdullayeva rəsmi tibb qurumlarının estetik cərrahlar reyestrində və siyahılarında yoxdur, çünki onun ali tibb təhsili, diplomu, lisenziyası mövcud deyil.