DSX və DİN birgə əməliyyat keçirdi - RTV

Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) tərəfindən birgə narkotik əməliyyatı keçirilib.

Mayın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri həyata keçirilib.

Əməliyyat nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli "Metadon M-40" həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.