Beynəlxalq müsabiqədə Yeni Zelandiya mənşəli "Kaitiakitanga" sözü dünyanın ən gözəl sözü seçilib.
75 dildən 223 sözün dəyərləndirildiyi bu müsabiqədə, sözün qeyri-adi səslənişi və dərin məna yükü diqqət çəkib.
Müsabiqənin qalibi olmuş "Kaitiakitanga" sözünün mənasının konkret tərcüməsi yoxdur. Bu söz, təbiətə və ətraf mühitə qarşı məsuliyyəti, qoruyuculuğu, himayədarlığı və qayğı mənasını ifadə edir.
Mənşəyi Maori dilinə aid olan bu ifadə, yerli xalqların təbiətlə olan vəhdətini simvollaşdırır. Maori dilində "Kaitiakitanga" sözü, insanın təbiətin sahibi deyil, onun bir parçası olduğu fikrini daşıyır və gələcək nəsillər naminə təbiəti qorumaq məsuliyyətini vurğulayır.