Baş Dövlət Yol Polisi İdarəsi (DYP) gözlənilən hava şəraiti ilə əlaqədar olaraq hərəkət iştirakçılarına müraciət edib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda paytaxt Bakıda, eləcə də ölkənin bir sıra rayonlarında yağışlı və fasilələrlə küləkli hava müşahidə olunur. Bu cür hava şəraiti yol hərəkətində çətinliklər yarada bilər.
Yağışlı və çiskinli havalarda yol örtüyü sürüşkən olur, görmə məsafəsi azalır. Buna görə də sürücülərə sürət həddini azaltmaq, ara məsafəsini düzgün saxlamaq və nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirmək tövsiyə olunur.
Piyadalar da bu hava şəraitində daha diqqətli olmalı, yollarda ehtiyatlı davranmalı və təhlükəsizliyə risk yarada biləcək hərəkətlərdən çəkinməlidirlər.