Əcnəbi vətəndaşla yatağa girib, sonra şantaj etdilər - Bakıda şok hadisə - RTV

Bakı Ağır Cinayətlər Məhkəməsində Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Qərar qəssaslıq şikayəti üzrə verilib. İttihama görə, Elnarə Nəsrəddinova və Yasəmən Məmmədova Britaniya vətəndaşı Kristofer barəsində qorxuya salmaqla pul tələb ediblər.

Bu cinayət işi üzrə 2023-cü il martın 26-da Britaniya vətəndaşı Kristofer Fevvarə məkanının meydanının yanında Elnarə Nəsrəddinova ilə görüşüb. Elnarə Nəsrəddinova Yasəmən Məmmədovanı da özü ilə aparıb. Onlar Kristoferlə cinsi əlaqəyə girməyi təklif ediblər.

Elnarə Nəsrəddinova Kristoferin çılpaq fotolarını çəkib və onu şantaj edib. Daha sonra 200 mindən çox pul alıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnarə Nəsrəddinova 11 il müddətinə azadlıqdan məhrum edilib. Yasəmən Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, Yasəmən Məmmədovaya 1 il 4 gün azadlıqdan məhrumetmə cəzası təyin olunub.