"Elə bildim verilişə çağırırlar, sən demə başqa təklifləri var imiş" - RTV

DJ Çina ləqəbi ilə tanınan radio aparıcısı Çingiz Mustafayev Space FM-ə direktor təyin edilib. Bu barədə məlumat verən Mustafayev yeni vəzifəsi ilə bağlı təəssüratlarını bölüşüb.

Çingiz Mustafayev bildirib ki, əvvəlcə onu verilişə dəvət etmək istədiklərini düşünüb, lakin sonradan vəzifə təklifi aldığını öyrənib:

"Məni axtarırdılar. Mən elə bildim ki, məni verilişə dəvət etmək istəyirlər. Telefona zəng gələndə cavab vermirdim. Televiziyaya çıxmaq istəmirdim. Sonra məlumat aldım ki, mənimlə şəxsi məlumatlar barədə danışmaq istəyirlərmiş və mənə bir təklif etdilər. Təklifi bir gün fikirləşdim. Bu, vaxtilə 20-25 il əvvəl mənim arzum olmuşdu – radioda işləmək. İndi də elə bil uşaqlıq arzum kimi geri döndü, yanıma qayıtdı."

Mustafayev Space FM-də edəcəyi dəyişikliklər barədə də danışıb.