"Əlində videolarımın olduğunu deyirdi" - Qonşusunu öldürən ər-arvad - RTV

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xanqişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən Gülnar Müzəffərovanın ifadəsi ilə davam edib. O, ifadəsində bildirib:

"2022-ci ilin dekabrında qonşum Səxavət mənə əxlaqsız davranış nümayiş etdirirdi. Bu barədə Elşənə xəbər verdim. Səxavət Elşənə 'sənin ailəndən xəbərin yoxdur' demişdi. Hasarımız aşağı olduğundan həyətlərimiz görünürdü. Mən Səxavətin qorxusundan bir gözü açıq yatırdım həmişə. Səxavət mənə əlində videolarımın olduğunu deyirdi. Mənim atamgilə Səxavət hasar qonşusu olduqlarından elə güman edirəm ki, o məni pəncərələrindən gizlicə çəkibmiş. Bu barədə sonralar xəbərim oldu."

Hadisə günü baş verənləri danışan Gülnar Müzəffərova qeyd edib:

"Gecə saat 12-də hamı yatmışdı. Qəfil gələn tapıltı səsinə diksinib oyandım. Evin çöl qapısının qıfılı xarab idi, deyə tam örtülmürdü. Yarım saat sonra boğuşma, süpürləşmə səsi eşidib tez qonşuluqda yaşayan atamgilə qaçdım. Qasım məni görüb nə baş verdiyini soruşdu. Mən də ona dedim. Birlikdə evimizə qayıdanda Elşən 'Səxavəti öldürdüm' dedi. Onun öldürülüb basdırıldığı quyu da kanalizasiya üçün qazılmışdı."

Xatırladaq ki, hadisə Bakının Qaradağ rayonuna bağlı Səngəçal qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları, 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı, 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb. Meyiti isə həyətdə basdır